İŞ NƏ VAXT BAŞLAYACAQ

Məlumdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilməsi haqqında 25 mart 2020-ci il tarixində 113 saylı qərar qəbl etmişdir. 

Bu qərar bəzi HR həmkarlarımızda çaşqınlıq yaradıb. Belə ki, qərarın 1-ci bəndində "xüsusi əmək rejimi olaraq" sözləri müəyyən suallar yaradıb. Lakin qeyd etmək istəyirəm ki, cümləyə bütövlükdə diqqət yetirildikdə (oxudulduqada) çaşqınlıq və qeyri-müəyyənlik üçün heç bir əsas qalmır. Yəni cümləni tam şəkildə oxuyanda aydın olur ki, hər bir müəssisəyə özəl məxsusi iş rejimi nəzərədə tutulur: bəzi müəssiələrə məxsus olan iş rejim 5 gündür, bəzilərində isə 6 gün. Və bu qərara əsasən ölkəmizdə bayram günləri daha bir neçə gün uzadıldığından həm 5 günlük, həm də  6 günlük iş rejimində işləyən müəssisələrdə iş 06 aprel 2020-ci il tarixində başlayır.

Amma bu o demək deyil ki, hansısa özəl şirkətin əməkdaşları zəraurət yaranarsa işə çıxarıla bilməz. Diqqətinizə çatdırmaq istəyirəm ki, istirahət və iş günü hesab edilməyən bayram günləri:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün,

c) fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunması yolverilməzdir.

Lakin hər hansısa zərurət nəticəsində aprelin 06 -dək işçi işə çıxarılasa, onda belə işçilərə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;  əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla  əməkhaqqı ödənilməlidir. Bundan başqa həmin günlərdə  işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Qeyd etmək istəyirəm ki, qeyri-iş günlərinin uzadılması barədə 25.03.2020-ci il tarixində 113 saylı qərarın 1-ci hissəsində göstərilən müddəa dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə aid edilmir. Yəni onlar üçün beşgünlük iş həftəsində çalışanlar müəssisələrdə 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar müəssisələrdə isə 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri iş günü hesab edilir.

Əlavə olaraq onu da bildirim ki, uzadılmış qeyri-iş günləri aşağıdakı dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir:

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin
İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Hesablama Palatası
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
“Azəriqaz” İstehsalat Birliyi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı . 

 

PS: Qeyri-iş günləri ilə bağlı müəssisənizdə müvafiq qərar verərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda həmin dövlət qrumlarına göndərilmiş 20.03.2020 tarixli göstərişini nəzərdən qaçırtmayın (bax: https://hrschool.az/aprel-ayinda-is-olmayacaq )