Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə Əməkhaqqı hesablanması

Əməkhaqqı hesablanması

insan resursları, emekhaqqi hesablanması praktik telimi, emek haqqinin hesablanmasi, payroll

Bu təlimdə əməkhaqqı hesablanmasına dair hərşeyi öyrənəcəksiniz.



MODUL  1

- Vəzifə maaşı ilə əməkhaqqı arasındakı fərq.

- Mükafatlar və digər ödənclər

- Minimum əməkhaqqı və yaşayış minimumu

- Əməyin ödənilməsi formaları, sistemləri və növləri

- Əməkhaqqının hesablanması

- Əməkhaqqının hesablanmadığı hallar

- Orta əməkhaqqı və onun hesablanması qaydası.

- Orta əməkhaqqı Nəzərə alınan və alınmayan ödənişlər

- Orta aylıq əməkhaqqının tətbiq edildiyi hallar

 

MODUL 2

- Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

- Over time görə əmək haqqı hesablanması

- Gecə vaxtı əməkhaqqı hesablanması

-  Bir növbəli və çoxnövbəli iş rejiminə görə əməkhaqqı hesablanması

- Boşdayanma vaxtı əməhaqqı hesablanması

-  Əmək məzuniyyətindən geri çağrılma halında əməkhaqqı hesablanması

- Ezamiyyət: respublika daxili və ölkə xarici

- Ezamiyyətdə olan işçinin əməkhaqqı hesablanması

 

MODUL 3

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanma qaydaları,

- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin sığortaedən və dövlət tərəfindən ödənilməsi

- Hamiləliyə və doğuma görə müavinət

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət

- Uşağa qulluqla əlaqədar müavinət

- Dəfn üçün müavinət

 

MODUL 4

- Son haqq-hesab anlayışı və hesablama qaydası

- İşdən azad edilən zaman verilən kompensasiyalar

- Aliment, banka olan klredit borcu və s əməkhaqqından tutulması

- Məcburi Dövlət Sosial Sığort (MDSS) haqqı tutulması və azadolmalar

- İşsizlikdən sığorta haqqı

- İcbari tibbi sığorta haqqı

 

 

Təlim müddəti 1 ay davam edir. Dərslər həftədə 1 və ya 2 dəfə olmaqla, hər dərs 2 saat müddətində keçirilir.
 
Tədris prosesinin sonunda isə imtahan təşkil edilir. İmtahanın nəticəsindən asılı olaraq sertifikat təqdim edilir.
 
İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir.
Kursun proqramının 80% -də iştirak edənlərə İştirakçı sertifikatı verilir.
Əlavə olaraq GOLD sertifikat (istəyə bağlı) verilə bilər.
 
Əlaqə üçün: 055 750 22 12
 
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan təsisçisidir.
 
HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank ASC kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə çalışmış, Nazirlər Kabineti yanında İçərişəhər DTMQ İdarəsində hüquqşünas işləmişdir. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, Ledy Sharm, GRBS, AZUN, OVEN, Europian Tobacco, Koroğlu dağıtım şirkəti, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, MSDİS Holdinq, FAB boya, POLİMERLƏR, HİLL FAN, FABKİM, BƏYAZ ALÇI, Pizza-Mizza restoranlar şəbəkəsi, Puratos Baku, Besting, Mediplanet klinikası, və s. şirkətlər üçün HRM, ISO 9001 QMS, SƏTƏM üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
 
İnsan resursları sahəsində 3 kitab müəllifidir.
Kitablar Azərbaycan Respublikasının Təhsil Nəşriyyatının dəstəyi ilə çap edilmişdir.