İŞ YERLƏRİNİN ATTESTASİYASI VƏ SƏTƏM
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixində qəbul etdiyi qərara əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş yerlərində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması məqsədilə bütün müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq keçirilməsi mütləqdir.
AR Əmək Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işəgötürənlər əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidirlər. Eləcə də, bildiririk ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyaları nəzərdə tutulmuşdur.
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə SƏTƏM qaydalarına əməl edilməlidir.
[email protected]