HR ASSİSTENT
Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi olmayıb, lakin HR sahəsində karyera qurmaq istəyənlər, şirkətlərə İnsan Resursları üzrə təcrübə proqramına baş vurmaq istəyən tələbələr və magistrlər üçün nəzərdə tutulub. Sıxıcı nəzəriyyədən uzaq, öyrədilən bilikləri praktik çalışmalarla möhkəmləndirmək üzərində qurulmuş dərslərimizdə iştirak etməklə siz HR sahəsinə fundamental bacarıqlara yiyələnəcək, HR assistent kimi formalaşacaqsınız.
Modul 1
- Əmək münasibətlərinin sosial, psixoloji, iqtisadi və hüquqi tərəfləri
- İnsan Resurslarına olan ehtiyacın müəyyən edilməsi
- İnsan Resurslarının planlaşdırılması
Modul 2
- İş yeri modeli və vakansiya (vəzifə) profile
- Hard skills və Soft skills
- İşçi axtarışı
- İş elanının hazırlanarkən diqqət ediləcək mühüm məqamlar
- Employer branding və Recruitmen
- Daxili və xarici recruiting
- İş müsahibəsi və namizədin dəyərləndirilməsi
- Assessment center, Express assessment
Modul 3
- İşə qəbulla bağlı sənədləşmə
- Hansı sənədlər və niyə tələb edilir
- Əmək müqaviləsi necə olmalı
- Əmək müqaviləsininin müddəti
- Müddətin uzadılması və ya bundan imtina edilməsi
- Sınaq müddəti nədir
- Sınaq müddəti necə təyin edilir və kimlərə verilir
- Əvəzçilik qaydasında iş
- Əmək müqaviləsinin ləğvi (xitamı) və bu zaman sənədləşmə necə aparılır
Modul 4
- İş və istirahət vaxtı
- İş vaxtının uçotu, time sheet (aylıq davamiyyət tabelləri)
- İşçilərin məzuniyyət hüququ
- Əmək Məzuniyyətinin müddəti
- Məzuniyyət qrafiki
- Əmək məzuniyətinin verilməsi və sənədləşdirilməsi qaydası
- Praktik çalışmalarla müxtəlif məzuniyyət situasiyalarının araşdırılması
Modul 5
- Əmr, sərəncam, ərizələrin yazılması
- Əmək kitabçalarının yazılması və uçotunun aparılması
- Müqavilənin uçotu
- Elektron portalda icra edilən işlərin praktik şəkildə öyrədilməsi
