Praktik Əmək Məcəlləsi MasterClass
Bu Təlim Əmək qanunvericiliyi üzrə bir neçə il iş stajı olan şəxslər, habelə mühasiblər və qanunvericilik üzrə 0xtaslaşmaq istəyənlər üçün nəzərdə tutlmuşdur.
Bu təlim iştirak edəcək şəxslərin müəyyən iş təcrübəsi olmalıdır. Çünkü təlimdə Əmək Məcəlləsinin tətbiqi zamanı həyatda qarşılaşdığımız mübahisəli hallar və çətinliklər praktik şəkildə izah edilir, qanundakı ikili yozumlar, boşluqlar və ziddiyətli məqamlara diqqət yetirilir, məhkəmə təcrübələrinə baxılır, iştirakçılarla birlikdə disskusiyalar aparılır. Bu mənada təlim zamanı üzücü nəzəriyyə keçirilmir, əksinə praktik çalışmalara üstünlük verilir.
Təlimdə aşağıdakı məsələlərə toxunulur:
- Əmək münasibətlərinin sosial, psixoloji, iqtisadi və hüquqi tərəfləri
- Əmək sahəsində yerli və beynəlxalq qanunvericilik
- Əmək münasibətləri ilə Mülki münasibətlər arasında fərq
- Mülki hüquqi müqavilələr, podrat və tapşırıq müqaviləsi
- Kollektiv saziş və kollektiv müqavilə arasındakı fərq
- Əmək müqaviləsi
- Sınaq müddəti ilə bağlı mübahisələrin izahı
- Əmək şəraiti və şərtləri
- Rotasiya və həvalə
- İntizam tənbehləri və bu zaman qanunvericilikdəki boşluqlar.
- İşdən kənarlaşdırma və əmək mübahisələrinin praktik izahı
- Növbəli iş, o cümlədən çoxnövbəli iş zamanı ziddiyyətlər
- Gecə vaxtı iş və gecə növbəsində iş arasında fərq
- İş və istirahət vaxtı. İş vaxtının uçotu. Cəmlənmiş uçot
- Məzuniyyət verilməsi zamanı həssas məqamların izahı
- İşçinin işdən azad edilməsi zamanı meydana çıxan çətinliklər