İnsan resursları günü haqqında

beynelxalg insan resurslari gunu | beynəlxalq insan resursları günü

Biz HR-lar bir qədər fərqli, xüsusi növ peşə sahibiyik. Bizim işimiz insanlarladır. Bir növ həkimlər kimi. Sanki biz biznesin həkimi rolundayıq. Yəni biz "insan mühəndisi" də adlandırıla bilərik. 

 

İnsan resursları şöbəsi biznesin və uğurun qorunmasına kömək etdiyindən, bu şöbədə çalışmaq, bu şöbənin əməkdaşı olmaq bütün mühim məsələlərdən daha çətindir. Bəziləri bu şöbəni bəyənməməsinə baxmayaraq, bu şöbə həyati və zəruridir. Bəzən etdiklərimiz üçün biz HR-lar kifayət qədər qiymətləndirmə ala bilmirik. İnsan kapitalını tərbiyə etmək və inkişaf etdirməklə təşkilatların uğurlarının təmin olunmasında mühüm rol oynayan HR-ların rolunu qəbul etmək və qeyd etmək üçün bu sahəsində çalışanların peşə bayramı mütləq qeyd edilməlidir. İnsan Resursları sahəsində çalışanların peşə bayramının qeyd edildiyi belə bir gün, belə bir bayram mənim fikrimcə insanların işçi heyətə, personala olan fikirlərini, baxışlarını dəyişdirmək və işlərinin biznes üçün nəyə görə dəyərli olduğunu dərk etməyə yönəlmiş bir bayramdır.

 

Yaradıcılığımızın qayəsi olaraq insanlarla müəssisələri qovuşdurmağa, birləşdirməyə, vahid bir komanda formalaşdıraraq uğurlu biznesin təşkilində dəstək olmağa çalışan və bunu böyük həvəslə, sevgimizi qataraq və yorulmaz bir enerji ilə həyata keçirən biz HR-ların da bayram qeyd etməyə haqqı var. Bəli, həmin gün Beynəlxalq İnsan Resusları Günü adlanır. Lakin digər peşə sahiblərindən fərqli olaraq həmrəylik, birlik göstərmək problemləri olan HR -lar bu məsələ də ümumi dil tapmaqda çətinlik çəkirlər. Nə olar ki, axı bir gün, bircə gün biz də öz peşə bayramımızı qeyd edək və bunu bütün dünyada həmrəy şəkildə qeyd edək. Lakin bu hələlik xoş arzu olaraq qalmaqdadır. 

 

Beynəlxalq İnsan Resusları Günü müxtəlif dünya regionlarında müxtəlif tarixlərdə, günlərdə qeyd edilir. 

 

Rusiyada bu peşə bayramı bütün HR mütəxəssisləri tərəfindən sentyabrın üçüncü çərşənbə günü qeyd olunur. HR Menecer Gününün tarixi, Rusiya İmperatorluğunun "Fabrika Müəssisələrinin Sahibləri ilə İşə Qəbul Olunan Şəxslər arasındakı əlaqə haqqında" fərman verdiyi zaman 1835-ci ilə təsadüf etdiyini söyləmək olar. 

 

Türkiyədə isə bu bayram 6 May 2016-cı ildən bəri qeyd edilir. Belə ki, YİNKAT təsisçisi və prezidenti Oktay Abacıoğlu May ayının 6-sı tarixini İnsan Resursları İşçiləri Günü elan etmişdir.

 

Yamayka adasında isə HR-lar öz peşə bayramını 26 sentyabrda qeyd edirlər. Belə ki, 2001-ci ildə internetdə saytlarda və sosial şəbəkələrdə HR-lar üçün tətil müzakirələri qızqın vüsət almışdı. Belə qızğın müzakirələrin nəticəsi bir müddət sonra Yamayka adasında özünü göstərdi. 2013-cü ilin Oktyabr ayında General Qubernator Sir Patrick Allen tərəfindən yad edildi, anıldı. Lakin General-qubernator Hon Stadman Alvin Ridout Fuller tərəfindən 2018-ci ildə 26 sentyabr İnsan Resusları Günü kimi Yamaykada rəsmi tətil günü elan edildi. 

 

 26 sentyabr İnsan Resusları Günü kimi Kanadanın Ontario əyalətində də qeyd edilir.

 

Nəhayət bu bayram bir sıra Avropa ölkələrində də qeyd edilir. Avropa İnsan Resursları İdarəetmə Birliyi 20 Mayı Beynəlxalq İnsan Resursları Günü elan etdi. Bu ilk dəfə 20 May 2019 tarixində qeyd olunmağa başladı.

 

 

hazırladı: İlqar İbrahimov

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.