Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə HR ASSİSTENT yeni başlayanlar üçün təlim

HR ASSİSTENT yeni başlayanlar üçün təlim

Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi olmayıb, lakin HR sahəsində karyera qurmaq istəyənlər, şirkətlərə İnsan Resursları üzrə təcrübə proqramına baş vuran şəxslər, habelə tələbə və magistrlər üçün nəzərdə tutulub. Sıxıcı nəzəriyyədən uzaq, öyrədilən bilikləri praktik çalışmalarla möhkəmləndirmək üzərində qurulmuş dərslərimizdə iştirak etməklə siz HR sahəsinə fundamental bacarıqlara yiyələnəcək, HR assistent kimi formalaşacaqsınız.

Modul 1

İnsan Resurslarının idarə ediləsi (HRM

- HRM əsas funksiyaları

 

Modul 2

- İşəgötürənin brendi və əmək bazarının təhlili. Employer branding

- Daxili və xarici rekrutinq

- Hard skills və Soft skills

- İş elanının hazırlanarkən diqqət ediləcək mühüm məqamlar

- İşə qəbul metodları

- Headhunting və Preliminaring

- CV-lərə baxılma qaydası

- İş müsahibəsi 

- Müsahibənin mahiyyəti (nə üçün lazımdır), strukturu və növləri

- Müsahibənin aparılmasında beynəlxalq təcrübə

- Müsahibə zamanı buraxılan səhvlər

- Müsahibədən sonra namizədin qiymətləndirilməsi

 

Modul 3

- İşə qəbulla bağlı sənədləşmə necə olmalıdır?

- İşə qəbul zamanı hansı sənədlər və niyə tələb edilir?

- Əmr və sərəncamların tərtib edilməsi (yazılması) və rəsmiləşdirilməsi

- İşə qəbul necə sənədləşdirilir

- İşdən çıxarılma əmrləri necə tərtib edilməlidir

-  Əmək müqaviləsi necə tərtib edilir və bağlanılır

- Əmək müqaviləsinin uçotu  

- Məzuniyyət verilməsi necə sənədləşdirilir və məzuniyyət əmrləri necə yazılır

- Ərizələrin yazılması

- Aktların yazılması

- Protokolların yazılması 

- Əmək kitabçalarının yazılması və uçotunun aparılması

- Elektron portalda icra edilən işlərin praktik şəkildə öyrədilməsi

 

Modul 4

- İş vaxtının uçotu, time sheet (aylıq davamiyyət tabelləri)

- İşçilərin məzuniyyət hüququ

 

 

 

 

 

Təlim ümumi olaraq 8 saat təşkil edir.
Dərslər qrupun vəziyyətindən asılı olaraq həftədə 1 və ya 2 dəfə keçirilir 
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan təsisçisi və hrschool.az (İR məktəbi) direktorudur.
 
HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank ASC kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə, Nazirlər Kabinetinin İçərişəhər İdarəsində hüquq şöbəsində çalışmışdır. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, Ledy Sharm, GRBS, AZUN, OVEN, Europian Tobacco, Koroğlu dağıtım şirkəti, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, MSDİS Holdinq, FAB boya, POLİMERLƏR, HİLL FAN, FABKİM, BƏYAZ ALÇI, Pizza-Mizza restoranlar şəbəkəsi, Puratos Baku, Besting, Mediplanet klinikası, və s. şirkətlər üçün HRM, ISO 9001 QMS, SƏTƏM üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
 
Təlim ümumi olaraq 8 saat təşkil edir.
Təlimin qiyməti 99 AZN məbləğindədir. 
 
Kursun proqramının 80% -də iştirak edənlərə iştirakçı sertifikatı verilir.
İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir.
Əlavə olaraq GOLD sertifikat (istəyə bağlı) verilə bilər.
 
Tel: 050 290 71 93

 

Seminarda mühasiblər, HR mütəxəssislər və HR Assistentlər iştirak edə bilərlər

Əmək haqqının hesablanması

Bu Təlim Əmək qanunvericiliyi üzrə ixtaslaşmaq istəyənlər, habelə HR mütəxəssisl...

Praktik Əmək Məcəlləsi təlimi

Bu seminar HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

Məzuniyyətin hesablanması

Bu təlimdə müəssisənin insan resursları sisteminin qurulması, İR strateji idarəe...

İnsan resurlsarının idarə edilməsi

Bu təlim İnsan Resursları sahəsində ən azı 1 il iş təcrübəsi olan şəxslər və ya ...

HR mütəxəssis

Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi ol...

HR ASSİSTENT yeni başlayanlar üçün təlim

Bu təlim İnsan Resurslarının plalaşdırılması və Rekrutinq ilə məşğul olan şəxslə...

SƏTƏM təlimi