Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə HR mütəxəssis

HR mütəxəssis

Bu təlim İnsan Resursları sahəsində ən azı 1 il iş təcrübəsi olan şəxslər və ya HR mütəxəssis kimi çalışaq istəyən şəxslər üçün üçün nəzərdə tutulmuşdur.

Modul 1

- Əmək münasibətlərinin sosial, psixoloji, iqtisadi və hüquqi tərəfləri

- İnsan Resurslarının idarə edilməsi və Heyətin idarə edilməsi arasındakı fərq

- İşə qəbul

 

Modul 2 

- İşə qəbulun əmək müqaviləsilə rəsmiləşdirilməsi

- Əsas və əlavə iş yeri. Əvəzçilik üzrə iş

- Əmək müqaviləsinin məzmunu necə olmalıdır

- Əmək müqaviləsinin qüvvəyə minməsi 

- Müddətli və müddətsiz əmək müqaviləsi 

- Sınaq müddəti 

- Əmək müqaviləsinin ləğvi 

 

 Modul 3

- İş vaxtının müəyyən edilməsi

- İstirahət vaxtı və qeyri iş günləri arasındakı fərq

- Qısaldılmış iş vaxtı və natamam iş vaxtı

- Ağır və zərərli iş yerləri və belə iş yerlərində iş vaxtı

- İş vaxtından artıq iş

- Gecə vaxtı iş



  Modul 4

- Məzuniyyət və onun növləri

- Əmək məzuniyyətlərin müddəti və onun verilməsi qaydaları

- Məzuniyyətdən geriçağırma və ya başqa vaxta keçirilməsi. Məzuniyyətin hissələrə bölünməsi

- İstifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya verilməsi

- Əmək münasibətlərini ləğv etdikdə (xitam verdikdə) məzuniyyət məsələlərinin tənzimlənməsi

 

Təlim ümumi olaraq 8 saat təşkil edir.
Dərslər qrupun vəziyyətindən asılı olaraq həftədə 1 və ya 2 dəfə keçirilir 
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan təsisçisi və hrschool.az (İR məktəbi) direktorudur.
 
HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank ASC kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə, Nazirlər Kabinetinin İçərişəhər İdarəsində hüquq şöbəsində çalışmışdır. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, Ledy Sharm, GRBS, AZUN, OVEN, Europian Tobacco, Koroğlu dağıtım şirkəti, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, MSDİS Holdinq, FAB boya, POLİMERLƏR, HİLL FAN, FABKİM, BƏYAZ ALÇI, Pizza-Mizza restoranlar şəbəkəsi, Puratos Baku, Besting, Mediplanet klinikası, və s. şirkətlər üçün HRM, ISO 9001 QMS, SƏTƏM üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
 
Təlim ümumi olaraq 8 saat təşkil edir.
Təlimin qiyməti 99 AZN məbləğindədir. 
 
Kursun proqramının 80% -də iştirak edənlərə iştirakçı sertifikatı verilir.
İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir.
Əlavə olaraq GOLD sertifikat (istəyə bağlı) verilə bilər.
 
Tel: 050 290 71 93

Seminarda mühasiblər, HR mütəxəssislər və HR Assistentlər iştirak edə bilərlər

Əmək haqqının hesablanması

Bu Təlim Əmək qanunvericiliyi üzrə ixtaslaşmaq istəyənlər, habelə HR mütəxəssisl...

Praktik Əmək Məcəlləsi təlimi

Bu seminar HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

Məzuniyyətin hesablanması

Bu təlimdə müəssisənin insan resursları sisteminin qurulması, İR strateji idarəe...

İnsan resurlsarının idarə edilməsi

Bu təlim İnsan Resursları sahəsində ən azı 1 il iş təcrübəsi olan şəxslər və ya ...

HR mütəxəssis

Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi ol...

HR ASSİSTENT yeni başlayanlar üçün təlim

Bu təlim İnsan Resurslarının plalaşdırılması və Rekrutinq ilə məşğul olan şəxslə...

SƏTƏM təlimi