Maraqlı HR kitabları

hr kitablar | hr management | insan resurlarinin idare edilmesi

HR sahəsində çoxşaxəli məlumatlarla yola başlamaq İR direktoru üçün vacib bir vəzifədir. Buna görə də onların öz nəzəri biliklərini də təkmilləşdirməsi önəmlidir. Mən daha çox Rusiya və Qərb  müəlliflərinin kitablarını oxuyuram. Çünki sənaye liderlərinin təcrübələrinin cəmləşdiri belə kitablar dərin bilik əldə etmək üçün bir yoldur. Həm də, peşənizlə bağlı kitabları oxumaq işinizə müxtəlif cəhətlərdən baxmaqda sizə kömək edir.

 

Bu yazımda sizlər üçün kitabları mövzuya görə ayırmışam. Bu kitablar Qərb peşəkarlarının müəllifi olduğu kitablardır. Bunları həm ingilis hə də rus dilində tapa bilərsiz. İngilis dilində heç də hamımız spesifik kitabları oxuyub tam başa düşə bilmirik. Şəxsən mən özüm HR sahəsində kitabarı çox vaxt rus dilində oxumağı sevirəm. Beləliklə, hazırladığım siyahıdan tez və effektiv şəkildə sizin üçün gərəkli olan bir kitabı tapa bilərsiniz. Çünki bunların həm rus, həm də ingilis dilində versiyaları var.

 

Who
Solve Your Number One Problem

 

Authors: Jeff Smart, Randy Street
Year: 2017
Publisher: MYTH

Bu kitab şirkətləri üçün istedad axtaran direktorlar, HR menecerlər üçün nəzərdə tutulub. Jeff Smart və Randy Street müasir biznesdəki böyük bir problemin - menecerin uğursuz işə götürülməsinin sadə, effektiv həllini təmin edən New York Times bestselleridir.

İşə qəbul şirkətlərindəki səhvlər şirkətlərə baha başa gəlir, saysız-hesabsız saatlar çəkir. İşə götürən menecerlər üçün tipik müvəffəqiyyət nisbətinin yalnız 50% olduğunu düşündüyünüzdə statistika daha da diqqətəlayiqdir .

 

 

Personnel Management.

Top 10 Articles


Authors: Harvard Business Review
Year: 2016
Publisher: Alpina Digita
l

Təcrübəli menecer olsanız belə, insanları idarə etmək çətindir. Kitab bunların öhdəsindən gəlməyə kömək edəcəkdir. Harvard Business Review-da yüzlərlə məqalədən, işçilərin məhsuldarlığını artırmağa kömək edəcək ən vacib məqamların yer aldığı kitabı oxumağa dəyər deyə düçünürəm

 

 

Delegation and Management
Author: Brian Tracy
Year: 2014
Publisher: MIF

Menecerlər nəticələrə görə qiymətləndirilir və ən başlıcası bu nəticələr həvalə etmək və nəzarət etmək qabiliyyətindən asılıdır. Bu bacarıqları mənimsədiyiniz zaman qrupunuzun nə dərəcədə təsirli olacağına təəccüblənəcəksiniz. Bu lazımlı kitabda işçilərinizin fərdi effektivliyini və məhsuldarlığını artırmaq üçün zamabla sınanmış üsullar var.

 


How to become a first-class leader 

Rules for attracting and retaining the best specialists
 

Author: Jeffrey Fox
Year: 2009
Publisher: Alpina Digital

Rəhbər olduğunuz zaman çətin vəzifələrin öhdəsindən gəlmək üçün sizə məsləhətlər lazımdır? Çoxdan işləyın işçinin işdən çıxarılmasından tutmuş ta yeni direktora qədər - bu kitab sizə düzgün istiqamətdə irəliləməyə kömək edəcəkdir. Ceffri Foks Amerikanın ən güclü, hörmətli liderlərinin hekayələrini bu kitabda cəmləşdirmişdir. İnanıram ki, bu kitab, çətin vəziyyətlərdə düzgün həll tapmağınıza kömək edəcəkdir.

 

 

All bosses do it.

A step-by-step guide to solving (almost) all the problems of a manager
 

Author: Bruce Tulgan
Year: 2017
Publisher: MIF

Şirkətin profilindən və vəzifədən asılı olmayaraq, menecerlərdə oxşar problemlər var. İdarəetmə münasibətlərində bir şey səhv olduqda ortaq məxrəc demək olar ki, həmişə ardıcıllığın olmamasıdır. 
Bu kitab istənilən səviyyədə menecerlər üçün əvəzolunmaz bir mənbədir. Stolüstü kitaba çevrilməli olna bu nəşrdə siz, ən təsirli menecerlərin hər hansı bir problemi (demək olar ki) həll etmək üçün idarəetmənin əsaslarından necə istifadə etdiyini görəcəksiniz.

 

 

hazırladı: İlqar İbrahimov

 

kadr işinin təşkilinə dair çoxlu sayda müxtəlif sənəd nümunələri və əmək qanunvericiliyinə dair bir çox problemli məsələlərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz