Məqsədi olmayan insanın 7 səbəbi

megsed hedef

Beynimizdə bizi dəqiq şəkildə istiqamətləndirən və məqsədimizə çatmağa yönəldən bir hədəf qurma mexanizmi var. Əgər bu məqsədlər aydın qoyulubsa və həm də biz kifayət qədər israrlıyıqsa, onda beynimizdə olan bu mexanizm sayəsində özümüz üçün qarşıya qoyulmuş istənilən məqsədə çata bilərik.  Belə ki, məqsədə çatma prosesi demək olar ki, avtomatik olaraq baş verir. Ancaq hədəf təyin etmək əksər insanların əsas problemidir.
İnsanın müvəffəqiyyətə çatmaq potensialının ən böyük düşməni onun "rahatlıq zonası" sayılan sərhədləridir və onu bu zonadan kənara itələməyə, ordan çıxartmağa çalışan bütün dəyişikliklərə, hətta müsbət dəyişikliklərə belə qarşı durmaq istəyidir. Dəyişiklikdən qorxmaq və çəkinmək hər kəsə xas xüsusiyyətdir. Belə ki, biz hər şeyin olduğu kimi qalmasını istəyirik, eyni zamanda həyatımızda hər şeyin yaxşılaşmasını istəyirik. Ancaq istənilən böyümə, tərəqqi, inkişaf dəyişiklik tələb edir. Dəyişiklik qaçılmazdır. Nə etsəniz də, həyat heç vaxt dayanmır. Həmişə bir istiqamətdə ya da başqa bir istiqamətdə dəyişir. Vəziyyət getdikcə yaxşılaşır və ya pisləşir, amma heç vaxt əvvəlki kimi qalmır. Çünki səbəb və nəticə qanunu tətbiq olunur. Məqsədlər səbəbdir; sağlamlıq, xoşbəxtlik, azadlıq və rifah nəticələrdir. Məqsədlər əkirsən və nəticələr biçirsən. Həyatdakı müvəffəqiyyətin əsas səbəbi hədəf qoymaq və onlara nail olmaq bacarığıdır. 

 


İndi isə gəlin insanların niyə öz qarşısına məqsəd qoymadığın bir neçə səbəbini aydınlaşdırmağa çalışaq.

 

Birinci səbəb, sadəcə ciddi olmamaqdır. Belə insanlar sözü işdən üstün tuturlar, böyük uğurlar qazanmaq, həyatlarını yaxşılaşdırmaq istəyirlər, amma lazımi səy göstərmək istəmirlər. Onların özlərini dəyişdirmək, öz həyatlarını daha yaxşı, daha maraqlı bir şeyə çevirmək üçün bir cəhdləri, səylri yoxdur.
 

İkinci səbəb, belə şəxslərin hələ də öz həyatları üçün məsuliyyət daşımamalarıdır. Məsuliyyətsiz bir insan, sanki həqiqi həyatın başlamasını hələ də gözləyən birisidir. Belə bir insan bəhanələrlə çıxış etmək üçün, necə deyərlər bütün yaradıcılıq enerjisindən istifadə edir.
 

Üçüncü səbəb dərin köklü günahkarlıq və özünə inamın aşağı olmasıdır. İnamsızlıq mühitində böyüyən, özündə heç bir şeyə layiq olmadığını hiss etdirən bir insanın ciddi hədəflər təyin etməsi ehtimalı azdır.
 

Dördüncü səbəb məqsədlərin əhəmiyyətini dərk etməmələridir. 
 

Beşinci səbəb, sadəcə bunu necə edəcəyini bilməməkdir. Cəmiyyətimizdə təəssüf ki, hədəflər müəyyənləşdirmək mövzusunda diplom əldə etmək mümkün deyil. Yəni bunun ancaq həyat dərsində, həyat məktəbində öyrənirik.
 

Altıncı səbəb imtina qorxusu, tənqid qorxusu. Uşaqlıqdan xəyallarımız və ümidlərimiz başqalarının tənqid və gülüş zərbələri ilə üzləşir. Özümüzü kimsə olduğumuzu düşündüyümüz zaman düşmənlərimiz və dostlarımız güldülər və bizə lağ etdilər. Onların təsiri həyatınızda hədəf qoyaraq özünüzə olan münasibətinizdə iz buraxa bilər.
 

Yeddinci səbəbi məğlubiyyət qorxusudur. Uğursuzluq qorxusu uğur qazanmaq üçün ən böyük maneədir. İnsanları rahatlıq zonalarında saxlayan məhz odur. Şüuraltında kök saldıqdan sonra bu qorxu daha da yayılaraq xəyalları iflic edir və ehtirasları öldürür. Buna görə insanlar qarşılarına məqsəd qoymurlar.    

 

hazırladı: İlqar İbrahimov

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.