İş elanları mətni və koorporativ mədəniyyət

is elanları | iş elanları | koorporativ medeniyyet

Yox mən də digərləri kimi iş elanlarında əməkhaqqının az olmasına baxmayaraq, namizədin bilik və bacarığına yüksək tələb qoyulmasından danışmayacam. Çünki bu mövzuda cəmiyyətdə kifayət qədər söhbət açılıb. "Az qala kosmik gəmini idarə etmək bacarığı istəyirlər" kimi şablon fikirlərlə sizi yormaq istəmirəm. Bu yazımda sizlərə vakansiyalarda gizlənən açar sözlər haqqında məlumat verməyə çalışacam.

 

Belə ki, iş elanlarının mətnlərini diqqətlə analiz etməklə həmin şirkətdə işlərin necə getdiyini, hansı "başların" HR departamentdə söz sahibi olduğunu təyin etmək olar. Məsələn, bu yaxınarda bir iş elanı ilə qarşılaşdım. Kifayət qədər tanınan bir şirkətdə İR departamentində vakansiya elanı idi. Namizədə tələblər yerində "əmək qanunvericiliyi üzrə mükəmməl nəzəri və praktik biliklər" yazılmasına baxmayaraq iş təcrübəsi kimi "minimum 1 il" qoyulmuşdu. Adama burda deyəllər ki, "ay zalım 1 il iş təcrübəsi olan şəxsdən sən "əmək qanunvericiliyi üzrə mükəmməl nəzəri və praktik biliklər" necə tələb edə bilərsən? Belə absurd və paradoksal ziddiyyətlər təəsüf ki, günümüzün reallığıdır.  


Diqqətinizə çatdırım ki, iş axtararkən ən incə nüanslardan biri korporativ mədəniyyətə uyğun olub olmadığınızı anlamaqdır. Çox vaxt şirkətin ofisinə getmədən, orda çalışmazdan əvvəl işaxtaranda həmən şirkətin korporativ mədəniyyəti barədə ya heç bir heç bir təsəvvür olmur, yada bu təsəvvürlər çox abstrakt olur. Şirkətlərin vakansiyalar haqqında verdikləri elanda təsvir etmək üçün seçdikləri dil, onların korporativ mədəniyyətləri haqqında çox şey söyləyə bilər. Bu kontekstdə vakansiya elanlarının mətni sizin köməyinizə gələ bilər. 

 

Məsələn, Amazon şirkəti vakansiya elanlarında  "fenomenal" sözünü digər şirkətlərə nisbətən 33 dəfə daha tez-tez istifadə etmişdir (İngilis dilindən “wickedly ” sözlərindən daha çox "wickedly smart” - fenomenal olaraq ağıllı birləşməsində istifadə olunur). Amazon üçün digər fərqləndirici sözlər kimi isə "dinamik mühit" (“fast-paced environment”) və "manyakcasına" ("maniacal”) daha çox fərqlənir.


Facebook digər şirkətlərə nisbətən bizim ailə  (our family),  “amansız” (ruthlessly) və “hekayəli” (storytelling) sözlərindən daha tez-tez istifadə edir.


Netflix şirkəti isə  vakansiyalarda "alaq otları" (weed out), "oküzün buynuzlarından tutmaq" (bull by the horns) və "intizamlı" (disciplined) kimi  fərqli sözlərdən tez-tez istifadə edir. 


Twitter tərəfindən verilən vakansiyalarda "öz işinin fanatı" (nerd), "öyrənmə həvəsi" (passion for learning) və "geniş perspektivlər" (diverse perspectives) sözlərindən ez-tez istifadə edirdi.


Şübhəsiz ki, bəzi sözlər vakant işə kişi və ya qadın müraciət edənlər üçün daha cəlbedici ola bilər. Ümumiyyətlə, sübut olunmuşdur ki, vakansiya elanlarında "Təcavüzkar" (aggressive), "Rəqabətli" (competitive) və "Fərdi" (individual) kimi sözlər kişilər üçün kod sözləridir və kişi iş axtaranlar üçün daha cox cəlbedicidir.  Bununla yanaşı iş elanlarında "yaradıcı" (builder), "Kooperativ" (cooperative) və "Anlaşcıl" (understanding) sözləri qadınlar üçün kod sözləridir və vakansiyalar üçün müraciət etdikdə qadınları daha çox cəlb edir.

 

hazırladı: İlqar İbrahimov

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.