LİDERLİK XÜSUSİYYƏTİ VƏ ADAPT KRİTERİYASI

LIDERLIK XUSUSIYYETI | ADAPT KRITERIYASI

İstənilən təşkilatın ən əsas aktivləri kimi onun maliyyəsindən də, avadanlıqlarından da əvəl onun insan resursları hesab edilir. Bu mənada Kadrlar ehtiyatları ilə bağlı qərarlar hər hansı bir maliyyə və ya istehsal strategiyası kimi diqqətlə düşünülməsi son dərəcə önəmlidir. Təşkilatda insan resursları varsa, deməli liderlərin də olması qaçılmazdır.

 

Hər kəs razılaşar ki, liderlik geniş bir anlayışdır. Komandanın lideri anlayışının mahiyyəti, dərinliyi, ondan tələb olunan keyfiyyətlər, hanısa .şəxsin iş öhdəlikləri siyahısından daha çoxdur.  Aparılan tədqiqatlar şirkətlərdə hər on liderdən ikisinin gələcəkdə şirkətin irəliyə doğru yolunu açmaq üçün lazımi bacarıqlara sahib olmadığını göstərir. Bəs liderlik keyfiyyətlərini necə təyin etmək olar?  Müxtəlif məlumatlardan istifadə edərək müəyyən bir sənaye, iş funksiyası, iş səviyyəsi və ya hətta iş problemlərini həll etmək, strategiya və ya coğrafi bazar üçün vacib olan liderlik xüsusiyyətlərinin nə olduğunu müəyyən etmək olar. Bunun üçün ADAPT istifadə etməyinizi tövsiyyə edirəm.

 

ADAPT meyarları, kriteriyaları özündə əvvəlcədən düşünmək (anticipate), irəli dartıb aparmaq (drive), sürətləndirmək (accelerate), tərəfdaş (partner) və etibar etmək (trust) bacarıqlarını ehtiva edir.

 

Gəlin bu bacarıqları bir - bir gözdən keçirək:

* əvvəlcədən düşünmək(anticipate) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) sürətli mühakimə aparmaq və imkanlar formalaşdırmaq üçün konteksti, mahiyyəti anlamaq bacarığı;

     b) təşkilatın xidmət etmək istədiyi sosial ehtiyaclara diqqət göstərmək bacarığı;

     c) qeyri-müəyyənlik şərait olsa belə başçılıq etmək və kollektiv səylərin uzlaşdırmaq bacarığı.

 

* irəli dartıb aparmaq (drive) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) məqsədlərə nail olmaq hissini aşılamaqla insanları ruhlandırmaq bacarığı;

     b) insanların ümid, nikbinlik və daxili motivasiya ilə dolu olması üçün əlverişli bir mühit formalaşdırmaq;

     c) özündə və digər insanlarda zehni və fiziki enerjinin idarə olunması bacarığı.

 

* Sürətləndirmək (accelerate) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) davamlı innovasiyaların yaradılması və arzu edilən nəticələrinin əldə edilməsi üçün bilik axınını idarə etmək;

    b) ideyaların biznesə çevrilməsi və çevik şəkildə reallaşdırılması üçün prototiplərin və iterasiyaların operativ yaradılması üçün yanaşmaların, dinamik proseslərin realizasiyası.

 

* Tərəfdaşlıq bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) iqtisadiyyatla bağlı dumanlı gələcəyə baxmayaraq münasibətlər və tərəfdaşlıq qurmaq;

     b) mübadiləsini stimullaşdırmaq;

     c) yüksək effektivliyi təmin etmək üçün bir-birini tamamlayan kompetensiyaların (səriştəliklərin) birləşməsi.

 

* Güvən, etibar etmək bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) təşkilatla şəxs arasında qarşılıqlı böyüməyə yönəlmiş yeni münasibətlərin formalaşması;

     b) fərqli fikir və dəyərlərin inteqrasiyası;

     c) işçilərə fəaliyyətlərinin mənasını açmaqda və maksimum dəyər yaratmaqda kömək etmək.

 

hazırladı: İlqar İbrahimov

 

kadr işinin təşkilinə dair çoxlu sayda müxtəlif sənəd nümunələri və əmək qanunvericiliyinə dair bir çox problemli məsələlərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz