İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HRM)
İnsan resurslarının idarə edilməsi sistemi - şirkətin qarşıya qoyduğu biznes hədəflərinə nail olmaq üçün işçilərin poensialından maksimum istifadə edilməsini təmin edən metod və vasitələrin toplusu olan mexanizmdir. Belə ki, rəqabətli biznes mühitində şirkətin işçilərin fəaliyyətinin qiymətləndirilməsi, onların peşəkarlığının artırılması və professional bacarıqlarının müəyyənləşdirilməsi rəhbəri üçün ən vacib məsələlərdən biridir.
Bu mənada İnsan resurslarının idarə edilməsi şirkətdə:
- İdarəetməni asanlaşır.
- Personal işə şüurlu yanaşmasına gətirir;
- Personal işinə həvəslə yanaşır, mehriban əmək kollektivi formalaşır;
- Personalın işdə yalnız iş haqqında fikirləşməsinə imkan yaranır, nəticədə keyfiyyət yüksəlir;
- İşçilərdə şirkətin rəhbərliyinə olan inamı artırır;
- kadr axınının qarşısını alır, peşəkar, səriştəli və ixtisaslı kadrlardan ibarət komanda formalaşır.
