Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə İş yerlərinin attestasiyası

İş yerlərinin attestasiyası

is yerlerinin attestasiyası



İş yerlərinin attestasiya olunmasi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixində  qəbul etdiyi qərara əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq  iş yerlərində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması   məqsədilə bütün müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq keçirilməsi mütləqdir.

AR Əmək Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işəgötürənlər əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidirlər. Eləcə də, bildiririk ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyaları  nəzərdə tutulmuşdur.

 

İş yerlərinin attestasiyası zamanı aşağıdakılara diqqət edilməlidir.

Hava çirkləndiriciləri – Tozlar, dumanlar, liflər, qazlar, aerozollar
Kimyəvi zərərlər – Qidalar, mayelər, qazlar, tozlar, dumanlar və buxar şəklində olan zərərli kimyəvi birləşmələrin inhalyasiyası, absorbsiyası və ya qəbulu.
Bioloji Təhlükələr – bədənə dəri vasitəsi ilə daxil olub aktiv və xronik infeksiyaya səbəb ola biləcək bakteriyalar, viruslar, göbələklər və digər canlı orqanizmlər.
Fiziki zərərlər – ionlaşdırıcı və qeyri-ionlaşdırıcı elektromaqnit radiasiyanın, səs-küyün, titrəmənin, işıqlandırma və temperaturun həddindən artıq çox olması.
Ergonomik Təhlükələr – göz gərginliyi, təkrarlanan hərəkət və ağırlıq-qaldırma problemləri.

XİDMƏTLƏRİMİZ:

* Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi
* Attestasiya pasportunun və protokolların rəsmiləşdirilməsi
* Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsinin hazırlanması
* Əmək şəraiti üzrə aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması
* Risklərin qiymətləndirilməsi, onun normativlərə uyğunluğunun təmin edilməsi
 
 
BİZİMLƏ ƏLAQƏ
055 750 22 12
[email protected]
 
 
 
BİZİMLƏ ƏLAQƏ
055 750 22 12
[email protected]