Əmək Məcəlləsi | Insan resursları telimi | Kadr Kargüzarlığı

Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə ƏMƏK MƏCƏLLƏSİ VƏ PRAKTİK İR

ƏMƏK MƏCƏLLƏSİ VƏ PRAKTİK İR

Bu Təlim Əmək qanunvericiliyi üzrə ixtaslaşmaq istəyənlər, habelə HR mütəxəssislər, HR generalistler və mühasiblər üçün nəzərdə tutlmuşdur.

 Əmək Qanunvericiliyi Sisteminin izahı
- Əmək sahəsində yerli Normativ Hüquqi Aktlar və beynəlxalq sənədlər haqda məlumat.
- Əmək münasibətləri ilə Mülki münasibətlər arasında fərq
- Mülki hüquqi müqavilələr, podrat və tapşırıq müqaviləsi
- əmək müqaviləsi və kollektiv müqavilə arasındakı fərq

 Əmək müqaviləsi
- Əmək müqaviləsi və onun məzmunu necə olmalıdır
- Müqavilə tərəfləri - kimlər müqavilə bağlaya bilər
- Müqavilə bağlamaq üçün hansı sənədlər tələb edilir
- Əmək müqaviləsinin qüvvəyə minməsi 
- Müddətli və müddətsiz əmək müqaviləsi  
- Müqavilənin müddətinin uzadılması və ya imtina edilməsi 
- Sınaq müddəti və sınaq aid edilməyən hallar
- Əmək müqaviləsinin ləğvi və xitam verilməsi arasındakı fərq
- Müqavilənin ləğv edildiyi (xitam verildiyi) əsaslar
- Əmək müqaviləsinin ləğvi zamanı məhdudlaşdırıcı hallar və işçilərin təminatları
 

Əmək şəraiti və şərtləri
- Əmək şəraiti və əmək şərtlərinin izahı
- Əmək şərtlərinin dəyişdirilməsi
- Əmək müqaviləsinə dəyişiklik necə edilir

 

 Rotasiya və həvalə
- Vəzifə və funksiyalar. Vəzifə və peşə anlayışı
- Başqa işə keçirmə (rotasiya) və həvalə
- Əvəzçilik üzrə iş
- İşdən kənarlaşdırma


Əmək və icra intizamı

- Daxili intizam qaydası
- İntizam məsuliyyəti və onun tətbiqi qaydaları
- İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

 

İş və istirahət vaxtı

- İş vaxtının müəyyən edilməsi
- İstirahət vaxtı və qeyri iş günləri arasındakı fərq
- Qısaldılmış iş vaxtı və natamam iş vaxtı
- Ağır və zərərli iş yerləri və belə iş yerlərində iş vaxtı
- İş vaxtından artıq iş
- İş vaxtının uçotu. İstehsalatda və növbəli iş rejimində iş vaxtının uçotu 
- Gecə, gündüz və axşam vaxtında iş. Gecə vaxtı iş ilə gecə növbəsindəki iş arasındakı fərq

 Məzuniyyətlər
- Məzuniyyət və onun növləri
- Əmək məzuniyyətlərin müddəti və onun verilməsi qaydaları
- Məzuniyyətdən geriçağırma və ya başqa vaxta keçirilməsi. Məzuniyyətin hissələrə bölünməsi
- İstifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya verilməsi
- Əmək münasibətlərini ləğv etdikdə (xitam verdikdə) məzuniyyət məsələlərinin tənzimlənməsi

Təlim zamanı Kadr kargüzarlığı haqqında məlumat verilir və sənədləşdirmə işlərinin necə aparılması öyrədilir
- Vahid Tarif Sorğu İxtisas Kitabçası
- Əmrlərin növləri
- Əmrlərin tərtib edilməsi, rəsmiləşdirilməsi və uçotunun aparılması
- Xəbərdarlıq və intizam tənbehi verilməsi qaydası və bu zaman nəzərə alınan hallar
- Sərəncamlar, protokollar, aktlar 
- Ezamiyyə vərəqələri və onların doldurulması
- Əmək müqavilələrinin uçotunun aparılması
- Əmək müqaviləsinə xitam verilməsilə bağlı sənədləşmə
- Əmək kitabçalarının yazılması, uçotu və dublikatların verilməsi
- Hesabatların tərtib edilməsi və dövlət orqanlarına təqdim edilməsi

Təlim ümumi olaraq 20 saatlıq proqramı əhatə edir.
 
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan və equalpress.az portalının təsisçisidir.
 
HR menecment və Keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə, Nazirlər Kabinetinin İçərişəhər İdarəsində çalışmışdır. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, AZUN, OVEN, Koroğlu, Europian Tobacco, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, GRBS və s şirkətlər üçün HRM, ISO 9001 QMS, KPİ üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
 
Təlim ümumi olaraq 20 saatlıq proqramı əhatə edir.
Qiymət 220 AZN
 
Kursun proqramının 80% -də iştirak edənlərə iştirakçı sertifikatı verilir.
İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir.
Əlavə olaraq GOLD sertifikat (istəyə bağlı) verilə bilər.
 
Əlaqə: 050 290 71 93
 
 
 

Seminarda mühasiblər, HR mütəxəssislər və HR Assistentlər iştirak edə bilərlər

ƏMƏKHAQQININ HESABLANMASI - Payroll

Bu Təlim Əmək qanunvericiliyi üzrə ixtaslaşmaq istəyənlər, habelə HR mütəxəssisl...

ƏMƏK MƏCƏLLƏSİ VƏ PRAKTİK İR

Bu seminar HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

MƏZUNİYYƏTİN VERİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Bu təlimdə müəssisənin insan resursları sisteminin qurulması, İR strateji idarəe...

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ

Bu təlim İnsan resursları sahəsində yenicə işə başlayanlar, heç bir təcrübəsi ol...

HR ASSİSTENT

Bu təlim İnsan Resurslarının plalaşdırılması və Rekrutinq ilə məşğul olan şəxslə...

İR PLANLANMASI VƏ REKRUTİNQ