İnsan resurları departamenti
QEYD: bu yazımda İR departamentinin strateji və innovativ funksiyaları haqda yazmamışam.
İnsan Resursları departamentləri şirkətinizin fəaliyyət tərzini yaxşılaşdırmağa imkan verəcək strategiyalar hazırlamaq üçün ən yaxşı bölmələrdəndir. Digər menecerlər, marketinq və əməliyyatlar üzrə digər mütəxəssislər satış, marketinq və mənfəətə diqqət yetirə bilərlər. Onlardan fərqli olaraq İnsan Resursları Departamenti isə şirkətin uğurunu təmin edəcək mənbəyə diqqət yetirir: yəni şirkət üçün gərəkli insan resursu formalaşdırmaq, və onların inkişafını təmin edərək bu resursu optimallaşdırmaq və qorumaq vəzifəsini öz üzərinə götürmüşdür. Bu baxımdan İnsan Resursları departamenti tərəfindən şirkətlərin uğuru və şirkəti daha yaxşı mövqeyə daşımaq üçün nələr edə biləcəyini sizin üçün bu yazımda sadə dillə göstərməyə alışacağam.
Qeyd: İnsan resursları departamentinin əsas vəzifələri və onlara uyğun funksiyalar, HR-ın strateji rolları, HR inniovasiyaları haqda haqda məlumatı “İnsan resursları menecmenti” kitabımda oxuya biərsiniz.
İşə qəbul prosesinin təşkili
İşə qəbul prosesləri mürəkkəb proseslərdir və şirkət üçün ən ideal işə qəbul prosesi ən yaxşı istedadlara minimum xərclə, ən sürətli şəkildə çatdıqda baş verir. Bu məqsədlə İnsan Resursları mütəxəssisləri həm namizədlər, həm də şirkət üçün müsbət təcrübə yaradacaq işə qəbul proseslərini planlaşdırmağa çalışmalıdır. Şirkətə lazım olan işçi qüvvəsini müəyyənləşdirib daha sonra iş elanından tutmuş ön qiymətləndirməyə, müsahibədən tutmuş namizədin dəyərləndirilməsinə və qərar mərhələsinə qədər bütün proseslərdə iştirak edib qiymətləndirmələr aparmalıdırlar.
"İstedadların" işə götürülməsi
İşə götürmə maliyyə tələb edən bir prosesdir və səhv adamı işə götürsəniz, bu sizə həm maliyyə, həm də vaxt itkisinə səbəb olacaq. Buna görə də İnsan Resursları mütəxəssisləri düzgün namizədlər tapmağı, onları düzgün qiymətləndirməyi və işə qəbul etməyi qarşısına məqsəd qoyurlar. Proses boyu namizədlərin bacarıqlarından əlavə, onların şirkət mədəniyyətinə uyğun olub-olmadığını da yoxlayırlar.
İşçilərin təlim və inkişafının təmin edilməsi
Şirkətin uğurunu təmin edəcək keyfiyyətli iş üçün bu şirktdə çalışan işçilərin malik olmaları gərəkən bacarıqları daima inkişaf etdirilməlidir. Bəzi hallarda yeni istedadların işə götürülməsinə ehtiyac ola bilər, amma çox zaman mövcud işçilər öz bacarıqlarını artırmaq üçün təlim keçməlidirlər. Mövcud işçiləri inkişaf etdirmək həm yeni işə götürülənlərdən daha sərfəlidir, həm də işçilərin şirkətinizlə bağlarını gücləndirir, çünki bu, özlərini inkişaf etdirmək imkanı verir.
İşçi məmnuniyyətinin formalaşdılılması
İşçilərin ehtiyaclarını və istəklərini müəyyən edərək iş yerlərinin şərtlərini yaxşılaşdırmağa çalışır. Məsələn cox güman ki, iş prosesinizdə yerli şirkətlərdi tipik bir şablonlaşmış hadisəyə baxaq: Belə ki, şirkət rəhbərliyi “mənə ən yaxşı işçiləri tapın” və ya “mənim şirkətimdəki işçilər ən yaxşısı olmalıdır” dediyi ilə ilə tez – tez rastlaşmısınız. Ancaq nədənsə bu rəhbərlər heç vaxt ən yaxşı maaşı vermək istəməyiblər. Bu deyilənlərdən aydın olur ki, işçilərə fərdi qaydada qayğı göstərmək və onlar üçün daha yaxşı mühitin təmin edilməsi işçilərin işə cəlb olunmasının əsasını qoyur.
Şirkət mədəniyyətinin (koorporativ mühitin və dəyərlər sisteminin) formalaşdırılması
Ədalətə, şəffaf-bərabər imkanlara sahib rəqabətə və inkişafa təşviq edən korporativ mədəniyyətin yaradılması həm şirkətin nümunəvi, seçilən olmasına gətirib çıxarır, bununla yanaşı, həm də daha çox insanı sizinlə işləməyə həvəsləndirəcək. Bu o deməkdir ki, ən ixtisaslı namizədlər sizi seçəcək və sizinlə işləməyə davam etmək istəyəcəklər. İnsan Resursları mütəxəssisləri iş yerinin mədəniyyətinin komponentlərini müəyyən etmək və bu mədəniyyətin ətrafa ötürülməsini təmin etmək üçün çalışmalıdırlar.
Büdcəyə Nəzarət və Xərclərin Azaldılması
İnsan Resursları departamneti şirkətlərin əməliyyat xərclərini azaltmaq üçün yeni strategiyalar hazırlaya bilər. Məsələn, bazarı, əmək haqqı və məşğulluq meyllərini təhlil edərək, şirkət üçün ən uyğun əmək haqqı siyasətini müəyyən edə bilər. Şirkət daxilində istedadların idarə edilməsi, dəyişiklik menecementi, transformasiyaların proqramlarının uğurla idarə edilməsi şirkətin əməliyyat xərclərinin idarə edilməsində effektivliyə və optimallığa nail olunmasında fəal rol oynaya bilər.
QEYD: növbəti yazılarımda (II hissədə) insan resurslarında istrateji və nnovativ məsələlər, şirkətin insan kapitalının bu şirkətin biznes hədəflərinə istiqamətlənməsi, Agile və s haqqında ətraflı məlumat verməyi planlaşdırıram.
Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir. |