Hər il 20 May Beynəlxalq Kadrlar Günü və ya HR Meneceri Günü kimi qeyd edilir. Hərgah nə qədər də biz buna “Ümumdünya HR Günü” desək də, hələ də bu bayram qlobal səviyyədə tanınan bir gün deyil. Həmçinin bu tarixlə yanaşı il ərzində HR mütəxəssislərinin əməyinin qeyd edilməsinə və tanınmasına həsr olunmuş müxtəlif günlər də mövcuddur, məsələn 6 may və ya 26 sentyabr. Yəni həmin günlərdə müxtəlif ölkələrdə HR günü kimi qeyd edilir. Bir hissəsi olduğumuz Avropada isə 2019-cu ildən bəri məhz 20 may HR əməkdaşlarının peşə bayramı kimi qəbul edilmişdir.
Beynəlxalq İnsan Resursları Günü haqqında ətraflı məlumat və bu günün tarixi, yaranma səbəbləri haqda geniş informasiyanı aşağıdakı linkə daxil olub əvvəlki yazımdan oxuya bilərsiz.
İnsan resursları günü haqqında
HR – şirkətin əsas simalarından biridir. Onun əsas vəzifəsi şirkətə gərəkli olan işçinin tapılmasından tutmuş, şirktdə komanda ruhunun formalaşdırılması, şəxsiyyətlər arasındakı ünsiyyətin möhkəmləndirilməsi və işçi brendinə kimi ən müxtəlif fəaliyyətləri özündə əks etdirir (həmçinin işçini əməyinin ədalətdi dəyərləndirilməsi və onun peşə-karyera inkişafı). Odur ki bu əlamətdar gün münasibətilə insan resursları sahəsində çalışan bütün əməkdaşları təbrik edirik.
ƏLAVƏ OLARAQ AŞAĞIDAKI MÖVZULAR DA SİZƏ MARAQLI OLA BİLƏR:
İnsan resursları günü haqqında
hazırladı: İlqar İbrahimov