ÜZVLÜK QAYDALARI 1. Ümumi müddəalar HR Club Azerbaijan – da üzüvlük münasibətləri hamı üçün şəffaf, ədalətli, və bərabər formada tənzimlənir. İnsan resursları sahəsində fəaliyyət göstərən hər bir şəxs klubumuza üzv ola bilər. Bundan başqa digər peşə və ixtisas sahibləri də, istisna hallarda klubun üzvlüyünə qəbul edilə bilər. Üzvlər klubumuzun müvafiq orqanların seçə və seçilə bilərlər, reqlamentə uyğun olaraq klubun tədbirlərində iştirak edə, təkliflər verə və çıxış edə bilərlər, klubun onlara təqdim etdiyi imtiyazlardan qaydalara uyğun şəkildə faydalana biərlər. 2. Üzvlük forması və növü HR Club Azerbaijan üzvlüyü fəxri və həqiqi olmaqla 2 (iki) formada həyata keçirilir. Həqiqi üzllər isə adi, silver, gold, premium olmaqla 4 səviyyəyə ayrılır. Hər bir səviyyə üzrə müxgəlif imtiyazlar təqdim edilir. İstənilən şəxs həqiqi üzvlük üçün müraciət edə bilər. Fəxri üzvlər isə yalnız klubun idarə heyəti tərəfindən seçilə bilər. Fəxri üzvlər, ictimaiyyətin, vətənin, millətin, ölkənin, həmçinin klubun mənafeyinə yönəlmiş xidmətləri olan şəxslərdən, o cümlədən ictimai, habelə elmi xadimlərdən, klubun idarə heyətinin mülahizəsinə görə seçilir. 3. Üzvlüyə xitam verilməsi halları HR Club Azerbaijan üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
|