CV necə yazılmalıdır

CV formalari | CV numuneleri

CV hazırlamaq 

Nəzərə almaq lazımdır ki, CV iş müraciəti edərkən, sözügedən vakant vəzifə üçün həmin müəssisə və ya quruma çatan ilk vasitədir. Ona görə də bu ilk görüş vasitəsini yaxşı və düzgün dəyərləndirməliyik.

CV hazırlarkən iki əsas nüansa diqqət edilməlidir. Birincisi işin forma və dizayn tərəfidir. İkincisi isə ən vacib cəhətdir, yəni məzmun hissəsidir. İnternetdən çoxlu CV nümumunələri tapıb göz gəzdirə bilərsiniz. Ama tamamilə şablonlardan asılı olmayın. Uğurli CV nümunələrinə baxmağınız üçün aşağıdakı saytlardan istifadə edə bilərsiniz.

 

Qeyd: CV və onun strukturu haqda məlumatı isə “İnsan resursları menecmenti” kitabımda oxuya biərsiniz.  

CV nümunələri 

myperfectresume.com

novoresume.com

CV-yə yerləşdirdiyiniz şəkilə diqqət edin. Ağ fonda çəkdirdiyiniz, səliqəli geyimdə olan şəkil üstünlükdür.

Şəxsi məlumatlarınızı doğru daxil etdiyinizdən əmin olun. Məlumatları düzgün ardıcıllıqla qeyd edin. Oxunaqlı şriftlərdən istifadə edin.

İndi isə məzmun tərəfindən danışaq.

Özünüz barədə məlumatları nizamlə və müəyyən ardıcıllıqla qeyd edin. Daha yuxarı hissələrdə təhsiliniz, varsa əgər iş təcrübəniz barədə məlumat verin. Məlumatların həqiqiliyinə diqqət edin. İş müsahibəsi zamanı həmin məlumatlara əsasən sizə sual verilə bilər.

Dil və kompüter biliklərinizi daxil edərkən daha yaxşı bildiklərinizi ön sıralarda qoyun.

Şəxsi keyfiyyətlərinizi qeyd edərkən həmin keyfiyyətlərin müraciət edəcəyiniz sahə ilə uyğun olmasına diqqət edin.

CV-yə sertifikatlar qeyd edirsinizsə, həmin sertifikatların  əhəmiyyət dərəcəsinə və ixtisasınızla uyğunluğuna diqqət edin. Beynəlxalq sertifikatınız varsa bu sizə böyük üstünlük verə bilər.

Sizə referans verəcək şəxs varsa CV-yə qeyd edin. Lakin bu şəxsin imicinə və nüfuzuna diqqət edin. Bəzən tam tanımadığınız birinin referansı sizə mənfi təsir göstərə bilər.

CV Hazırlamaq üçün saytlar 

İnternetin bu qədər sürətlə inkişaf etdiyi dövrdə CV hazırlamaq artıq çox daha rahatdır. Həm də bunu pulsuz şəkildə edə bilərsiniz. Buna uyğun bir çox sayt vardır lakin bəziləri vaxt məhdudiyyəti bəziləri isə pul tələb edir. Sizlər aşağıdakı saytlardan istifadə edərək pulsuz və rahat şəkildə CV hazırlaya bilərsiniz.

cv-template.com

canva.com

flowCV.io

CV hazırlarkən qeyd etdiyimiz məqamlara diqqət edin. Lakin unutmayın peşəkar CV-yə sahib olmaq sizin işiniz hazırdır demək deyil. Bunun üçün suz müsahibə mərhələsindən də uğurla keçməlisiniz. Müsahibə barədə isə növbəti bloq yazılarımızda məlumat verəcik.

 

 

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.