ƏMƏK HAQQININ HESABLANMASI 2019

əmək haqqının hesablanması

Vergi islahatına əsasən 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Yəni, 1 yanvar 2019-cu il tarixindən etibarən fiziki şəxsin gəliri 8000 manata qədərdirsə, gəlir vergisində 100 faiz güzəşt edilərək vergi tutulmayacaq.  Başqa sözlə desək, əvvəlki qaydaya görə, 173 manata qədər əmək haqqı vergidən azad edilirdi, 2500 manata qədər əmək haqqından isə 173 manatı vergidən azad edilib qalan məbləğindən 14 faiz gəlir vergisi tutulurdu. Əmək haqqı 2500 manatdan çox idisə vergi tutulan məbləğ 2500 manata qədərin 14 faizi, 2500 manatdan yuxarı olan məbləğin isə 25 faizi idi. Hal hazırda təklif edilən dəyişikliklərə görə isə, əmək haqqı 8000 manata qədər olarsa, gəlir vergisindən 100 faiz azad edilərək gəlir vergisi tutulmayacaq, 8000 manatdan artıq olarsa isə fiziki şəxsin gəlirindən vergi 25 faiz əvəzinə 44 faiz güzəşt edilərək 14 faiz tutulacaq.

Məcburi dövlət sosial sığorta haqlarında aşağıdakı islahatlar aparılıb :

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Dövlət sektorunda çalışanlarda isə vergidən azad olunan hissə 173 manatdan 200 manata qaldırılır. Hesablanma köhnə qaydada aparılacaq, sadəcə olaraq vergidən azad olan hissə 27 azn artırılaraq 200 manata çatdırılır.

P.S: 01 Sentyabr 2019 tarixindən etibarən isə minimum əmək haqqı 250 AZN olmuşdur.

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.