HƏRBİDƏ YUBİLEY MEDALI ALAN ŞƏXSLƏRİN ƏMƏK MƏZUNİYYƏTİ

Əmək Məcəlləsinin 120-ci maddəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyətin verilməsi 46 təqvim günündən az olmayaraq göstəriılir. 

Buradakı "digər dövlər təltifləri" sözləri bəzən HR-larda çaşqınlığa, qeyri -müəyyənliyə səbəb olur və yubiley medallarının, ümumiyyətlə nəyin bura şamil edilməsi ilə bağlı mübahislərə gətirib çəxarır.

Məlimat üçün qeyd edim ki, Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli Qanunun 3-cü maddəsi dövlət təltifinin nə olduğunu göstıərir:  "Orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir". Elə həmin qanuna görə "bu qanundan başqa heç bir normativ - hüquqi aktda dövlət təltifi təsis edilə bilməz". Yəni hansısa bir təltiflə bağlı mübahisə düşəndə bu qanunda göstərilən siyahı ilə tutuşdurun.

Uzun sözü qısası yubiley medallarla bağlı tərəddüdü olan HR həmkarlarımızın diqqətinə çatdırırm ki, adıçəkilən qanunda göstərilən siyahı üzrə aşağıdakı yubiley medallara malik işçilərə 46 günlük əmək məzuniyyəti verilməlidir:

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalı;
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı;
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı; 
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı;
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı; 
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı; 
“Polis veteranı” medalı;
“Azərbaycan Polisinin 90 illiyi” yubiley medalı;
“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” yubiley medalı;
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı;
Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı;
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı;
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı;
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı;
“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 — 2009)” yubiley medalı;
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı;
“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı;
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı;
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı;
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı;
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı;
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı;
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı;
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı;
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı;
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” yubiley medalı; 
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” yubiley medalı;
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı;
“Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı;
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı.

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə görə dövlət təltiflərinin verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.

Praktikada prezidentin güc nazirliklərinin rəhbərliyinə tabeçilində olan əməkdaşlarının bəzi dövlət təltifləri ilə təltif edilməsini həvalə edən sərəncamlara rast gəlinir. Daha doğrusu Prezident bəzi dövlət təltiflərinin verilməsi səlahiyyətini güc nazirliklərinin rəhbərlərinə delegiya etmişdir. Buna "Hərbi xidmət sahəsində bəzi  medallarla təltif edilmə qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il 282 nömrəli Sərəncamını misal göstərmək olar. Həmin sərəncamın 1-ci bəndinə görə "Hərbi xidmətdə fərqlənməyə görə", “Şücaətə görə”, "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medalları ilə təltif etmə səlahiyyəti Azərbaycan Respublikasının müdafiə nazirinə, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə, Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının ədliyyə nazirinə, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi xidmətinin rəisinə, Azərbaycan Respublikasının xarici kəşfiyyat xidmətinin rəisinə, Dövlət Sərhəd Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə verilmişdir.

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.