İnsan Resusları sahəsində çalışan şəxslərin peşəkar klubu olan HR Club Azerbaijan bu dəfə fərqli bir formatda görüş təşkil etdi. Amber oteldə 03.11.2019 tarixində təşkil edilən və HR breakfast adlanan bu görüşün məqsədi HR-ların səhər yeməyi üçün bir yerə toplaşdaraq sərbəst formada və səmimi ünsiyyətinin təmin edilməsi idi. Belə görüşlərin böyük formatda olan tədbirlərdən fərqi budur ki, burada HR-larımız söhbətləşməyə, networking etmeye həm zaman baxımınan vaxtları çox olur, həm də şərait, ortam bunun üçün daha çox əlverişlidir.
Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir. |