İŞ VAXTININ UÇOTU: GÜNDƏLİK, HƏFTƏLİK VƏ CƏMLƏNMİŞ İŞ VAXTI

is vaxtinin ucotu

Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8 saat və buna uyğun olaraq, həftəlik normal iş vaxtı 40 saatdan çox ola bilməz. Əvvəlcə gəlin "iş vaxtı nədir?" sualını aydınlaşdıraq. 

İş vaxtı işçiyə ayrılmış iş yerində onun əmək funksiyasına faktiki olaraq başladığı andan, işin faktiki olaraq qurtardığı anadək olan dövrü əhatə edir. Bu vaxta həm istehsal prosesləri, həm də tapşırılmış işin yerinə yetirilməsi üçün hazırlıq işlərinin görülməsi, iş yerinin sahmana salınması, tapşırığın verilməsi/alması, sənədlərlə tanışlıq və s də daxildir. 

İş vaxtından danışarkən HR həmkrlarıma 1 nüansı diqqətdən qaçırmamalarını tövsiyyə edirəm. Belə ki, Əmək Məcəlləsində nəzərədə tutulmuş bəzi fasilələr də iş vaxtına aid edilməlidir. Məsələn, körpə uşağının əmizdirməsi və ya yedizdirməsi üçün ƏM 244-cü maddəsinə əsasən qadınlara verilən fasilələr, ilin soyuq və ya isti vaxtlarında işçilərə müvafiq olaraq qızınmaq və ya sərinləmək üçün ƏM 233 cü maddəsinə uyğun verilən fasilələr də iş vaxtına aid edilir. Lakin təssüf olsun ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq nə Azərbaycanda, nə də MDB - nin digər ölkələrində işçilərin işə gedib-gəlmə müddətləri, iş bitdikdən sonra xüsusi iş paltarlarının geyinib soyunma vaxtı, yuyunma vaxtı iş vaxtına daxil edilmir. 

İş vaxtı ilə bağlı suala aydınlıq gətirdiyimiz üçün indidə gəlin iş vaxtının uçotunun aparılması məsələsini təhlil edək. Əmək Məcəlləsinin 102-ci maddəsinə görə İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Vaxtamuzd əmək haqqı formasında iş vaxtının uçotunu T-12 və T-13 №-li formalara uyğun tabellər əsasında tabelçi (uçotçu) tərəfindən aparılır. Bundan başqa texnoloji yenilikləri tətbiq edərək, xüsusui avtomatlaşdırılmış sistemlər vasitəsilə də iş vaxtının uçotu aparıla bilər. Belə ki, İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. İş vaxtının uçotu işçilərə əmək haqqının hesablanmasına əsas verir. Bu baxımdan iş vaxtının uçotu aparılarkən işçinin işə gəldiyi və işdən getdiyi vaxtla yanaşı, işə gecikmə müddəti, boşdayanmalar, işçilərin iş vaxtından artıq işə cəlb edilməsi, işə gəlməmə, yəni iş buraxma və s hallar da nəzərə alınmalıdır. Beləliklə bütün hallarda hər iş gününə görə işçinin işlədiyi vaxt nəzərə alınmaqla uçot aparılmalıdır. 

Yazımın əvvəlində normal iş vaxtının 8 saat olmasını qeyd etmişdim. Belə iş bərabər davamiyyətli iş kimi xarakterizə edilir. İş Bərabər davamiyyətli olduqda iş vaxtının gündəlik uçotu tətbiq edilir. Lalin praktikada iş vaxtının gündəlik uçotu ilə yanaşı, həftəlik və cəmlənmiş iş vaxtı uçotunun da tətbiq edildiyinə rast gəlirik. 

Əmək Məcəlləsinin 96-cı maddəsinə görə Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq ola bilməz. Məlumat üçün bildirim ki, iş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsi fasiləsiz işləyən müəssisələrdə, habelə işin şəraitinə görə gündəlik və həftəlik iş vaxtı müddətinə riayət etməyin mümkün olmadığı iş yerlərində tətbiq edilir. Yəni belə iş yerlərində qanunvericiliklə nəzərdə tutulmuş iş vaxtı normasına daha uzun vaxt - uçot dövrü ay, rüb, il) üçün riayət edilməlidir. Belə rejimdə qrafik, yaxud cədvəl üzrə iş vaxtının gündəlik müddəti və ya həftəlik müddəti müəyyən hədlər daxilində iş gününün, yaxud iş həftəsinin Əmək Məcəlləsinin 89 və 90-cı maddələrində göstərilən qanunla müəyyən edilmiş müddətindən (gündəlik 8 saat və həftəlik 24, 36, 40 saat) kənara çıxa bilər. Bununla əlaqədar olaraq əmələ gələn az işlənmiş, yaxud artıq işlənmiş iş vaxtı, bir qayda olaraq, uçot dövrünün çərçivələri daxilində elə balanslaşdırılır ki, işçinin uçot dövrü ərzində (ay, rüb, il) iş saatının cəmi bu dövrün iş saatları normasına bərabər olsun. Bu norma hər il üçün ƏƏSMN tərəfindən yayımlanan "istehsalat təqvimi"ndə öz əksini tapmışdır. 

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.