İşçilərin performansının artırılmasının 5 qaydası

iscilerin mehsuldarliginı artirmag, personalin mehsuldarligini artirmag

Komandanın işdə həmişə müxtəlif növ təzyiq altında qalması onları usandıra, bezdirə bilər. Personal həddən artıq dərəcədə təngə gəlməsi isə, hətda bütün biznesin çokməsi ilə də nəticələ bilər. Belə ki, gün ərzində ətrafda olan hadisələr (xatırlatmalar, mütəmadi rəhbər basqısı, zənglər, epoçt, tez-tez dəyişən göstərişlər, daima narazılıqlar, danlamalar və s.) işimizə müxtəlif formada təsir edərək, daim bizə mane olur. Belə amillər həddən çox olarsa, nəticə etibarilə bu işçidə əsəb gərginliyinə, məhsuldarlığın itirilməsinə, əhval-ruhiyyənin aşağı olmasına və hətta onun tamamilə tükənməsinə səbəb ola bilər. Buna görə işçilərin məhsuldarlıq probleminə təsir edən məsələlərin aradan qaldırılması uğurlu bznesin əsas komponentlərindən biridir.

Bu yazımda rəhbərlər tərəfindən əmək kollektivinin məhsuldarlığını yüksəltmək, eyni zamanda onların özünü işdə xoşbəxt hiss etmək duyğusunu, məmnunluq duyğusunu artırmağın 5 qaydasını sizinlə bölüşmək istəyirəm.

 

1. Nümunə göstərin

Bir iş rəhbəri olaraq komandanız üçün müsbət bir nümunə göstərməlisiniz. Proseslərin, insanların, problemləri, vaxtın necə səmərəli idarə olunacağını komandaya təqlid edin. Onlara öz ünsiyyətiniz və davranışınızla, intizamlnızla, ədalətlik, obyektivliyinizlə nümunə olun.

 

2. Real və əldə edilə bilən məqsədlər qarşıya qoyun

İşçilər qarşısında  dəqiq məqsədlər qoyduqda, onlar daha yaxşı işləyirlər. Yaxşı olardı ki, komandanızla oturun və iş məqsədlərini birlikdə təyin etməyə çalışın. Komandanızdan nə gözlənildiyini onlara açıq şəkildə izah edin. Bununla da, ən yaxşı yolun nə olacağını birlikdə qərar verin. Bu işin daha səmərəli təşkili və yerinə yetirilməsində komandaya kömək edəcəkdir. Həmçinin bu, başlanğıcda təyin edilmiş əsas hədəflərlə müqayisəsi zamanı tamamlanmış işin daha yaxşı və daha ədalətli şəkildə təhlilinə kömək edəcəkdir.

 

3. Ünsiyyət baryerini qırın

Daha yaxşı ünsiyyət quran komanda daha uğurlu komandadır. Çox vaxt komanda üzvləri aralarındakı ünsiyyət problemlər ucbatından bu komanda özünü yaxşı götərə bilmir. Ona görə də komanda daxilində açıq fikir mübadiləsini təşviq edilməsi, öz növbəsində problemlərin daha yaradıcı həllinə və daha yüksək komanda performansa gətirib çıxarar.

 

4. Düzgün vasitələrdən istifadə edin

Komandaların ən yaxşı şəkildə işləmələri üçün düzgün əməkdaşlıq alətlərinə, vasitələrinə ehtiyac duyulur . Komanda üzvlərinə bir-biri ilə daha asan əlaqə qurmağı, layihələri idarə etməyi, bir-birlərini öyrətmələrini və fikirlərni başqaları ilə bölüşməsini təmin edən bir çox vasitə var.

 

5. Komanda muxtariyyətinə hörmət edin

Qismən müstəqillik (muxatriyyət) əldə edən və qismən də olsa sərbəst qərarlar verən komandalar  çox vaxt yüksək məhsuldarlıq nümayiş etdir. Əgər rəhbər aydın hədəflər və gözləntilər təyin etmişdirsə, onun geri çəkilməsi və komandaya vəziyyəti ələ alaraq idarə etməyə icazə verməsi daha yaxşı olardı.

 

hazırladı: İlqar İbrahimov

 

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.