Azərbaycan Respublikasının Əmək Məcəlləsi / Maddə 56-ya görə zərurət olduqda İşəgötürən azı bir ay əvvəl işçini yazılı məlumat və ya əmri (sərəncamı) ilə xəbərdar etməklə əmək şəraitinin şərtlərinin dəyişdirə bilər. Bu zaman dəyişikliklə razılaşmayan işçilər başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsi ləğv edilməlidir.
Praktika göstərir ki, "işçiyə təklif edilməli olan başqa iş dedikdə" işçiyə vakant vəzifənin təklif edilməsi başa düşülür. İşçinin özünün boş olmayan vəzifəyə iddia irəli sürməsi yolverilməzdir. Bu zaman haqlı olaraq bir sıra suallar meydana çıxır.
Sual 1. Bəs vakant vəzifə yüksək peşəkarlıq, iş təcrübəsi tələb edilən yuxar vəzifədirsə?
Sual 2 Əgər işçi müəssisə hesabına ilkin təlim və ya xüsusi hazırlıq keçirilib, daha sonra bu vəzifəyə təmin edilməsini iddaia edərsə?
Fikrimcə işçiyə müəssisə hesabına ilkin təlim və ya xüsusi hazırlıq keçirilməsi zəruri olan işin təklif etməyə müəssisənin məcbur buraxılması məhkəmə qaydasında mübahisələndirilə bilər və əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmayıbsa işəgötürənin belə bir vəzifəsi, öhdəliyi yoxdur.
Bəs siz necə düşünürsüz?
Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir. |