KEÇMİŞ HƏRBİÇİLƏRİN ƏMƏK MƏZUNİYYƏTİ

ƏVVƏLLƏR HƏRBİÇİ OLMUŞ ŞƏXSLƏRİN ƏMƏK MÜQAVİLƏSİ İLƏ ÇALIŞARKƏN MƏZUNİYYƏT MƏSƏLƏSİ

Sosialəbəkələrdə bir məsələni həmşə qızğın müzakirə edirik. Söhbət ondan gedir ki, əvvəllər hansısa güc strukturunda xidmət etmış şəxsin xidmətdə olduğu dövrləri sonradan mülki müəssisədə işləyərkən əlavə məzuniyyət günlərinin müəyyənləşdirirlməsində iş stajı kimi nəzərə alınırmı? 

Suala birmənalı şəkildə cavab verirəm ki, bəli alınır. Hərbi qulluqçuların statusu haqqında AR Qanununun 9.1 maddəsinə əsasən ""Vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir" şəklində götürülür. Lakin bu zaman stajı düzgün hesablamaq üçün şəxsin ön cəbhədə və ya arxa cəbhədə xidmət eləməsi, əgər arxa cəbhədə xidmət edibsə fəaliyyətində FÖVQƏLADA HAL (yəni bu o deməkdir ki, şəxs hansısa əməliyyatlara cəlb edilməsi)  olub - olmaması dəqiqləşdirilməlidir. 

Belə sual ortaya çıxa bilər ki, fövqəlada halın olması (hansısa əməliyyatlara cəlb edilməsi) məxvi məlumatdır və bunu HR necə dəqiqləşdirə bilər? Burada bir məqama diqqət yetirmək lazımdır. Belə ki, fövqəlada halın olmaması yox, bu halın haqqında müfəssəl məlumatın olması məxvi sayılır. Misal üçün Adam 17 il 8 ay güç strukturunda işləyib, amma onun 1 il fövqəlada halı var. Bu sirr deyil. Məsələn, DSMF -na və ya işlədiyi şirkətə təqdim etmək üçün ona verilən ARAYIŞDA GÜC STRUKTURU bunu bildirir. Arayış isə ona görə verilir ki, STAJ HESABLANANDA NƏZƏRƏ ALINSIN. Arayışda sadəcə yazılır ki, "___" __________ ___ il tarixindən "___" __________ ___ il tarixinədək _____ il (ay)  XİDMƏTDƏ ÇALIŞMISIZ VƏ BUNUN  __________ il (ay) FÖVQƏLADA HAL OLUB. 

BİR HALDAKI ARAYIŞDA BİLIDİRİLİR BUNUN HARASI SİRR OLDU? Amma bu hansı əməliyyatdır, yəni hansısa bir qəzanın aradan qaldırılmasıdırmı, ya hardasa kəşfiyyatda olmasıdırmı ya birbaşa hansısa silahlı əməliyyata cəlb edilməsidirmi və ya hansısa hərbi elmi təcrübəyə cəlb edilməsidirmi - bu məsələlər açıqlanmır. Çünki SİRRDİR.

Sual yarana bilər ki, Əmək Məcəlləsi hərbiçilərə şamil edilmir. Bəli doğrudur. Amma bir HR kimi bu ŞAMİL EDİLMİR fikrini səhv yozumlamayaq. Əmək Məcəlləsi DÖVLƏT QULLUQÇULARINA DA ŞAMİL EDİLMİR. Onda belə çıxır ki, 15 il Dövlət qulluğunda işləmiş şəxs sonra şirkətdə işləsə ona əlavə məzuniyyət düşmür? Buradan aydın olur ki, şəxsin hərbi xidmətdə olduğu dövrün stajı Hərbi qulluqçuların statusu haqqında AR Qanununun 9.1 maddəsinə əsasən götürülür. Şəxs mülki müəssisədə işlədikdə Bu staj mülkidəki stajı ilə cəmlənərək əmək məzuniyyəti verilməsində nəzərə alınır. Başqa bir misalda deyim. Bir nüansı diqqət yetirək. ƏGƏR HƏRBİ XİDMƏTDƏKİ DÖVRÜ STAJ NƏZƏRƏ ALMİRSANSA O HƏRBİÇİYƏ PENSİYA NECƏ VERƏRLƏR? DEMƏLİ HƏRBİDƏ OLDUĞU MÜDDƏT DƏ STAJ KİMİ NƏZƏRƏ ALINIR. 

Heç kimdə şübhə yoxdur ki, Əmək pensiyaları haqqında Qanun Hərbiçilərə də şamil edilir. Bəs bu qanunda nə yazılıb? Bu qanunda sosial sığorta stajı haqqında yazılıb. Bə bu terminin mənası nədir? Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan İŞ VƏ YA DİGƏR FƏALİYYƏT NÖVLƏRİNİN VƏ ELƏCƏ DƏ MÜVAFİQ QANUNVERİCİLİKLƏ SIĞORTA STAJINA DAXİL EDİLƏN DİGƏR DÖVRLƏRİN məcmusudur. Əlavə olaraq qeyd edim ki, elə bu qanunun 9.5.1.  9.5.2 və 9.5.3 maddələrinə də diqqət yetirsək orada, ""FİLAN"" qədər ümumi iş stajı olan, bu stajın azı ""FİLAN"" qədərini HƏRBİ XİDMƏTDƏ KEÇMİŞ şəxslər yazıldığını görərik.