ADAPT meyarları

LIDERLIK | ADAPT KRITERIYASI

Liderlik xüsusiyyətləri

İstənilən təşkilatın maliyyəsi, avadanlığı ilə yanaşı, onun insan resursları da bu təşkilatın əsas aktivləri sırasındadır. Bu mənada şirkətdə hər hansı bir maliyyə və ya istehsal qərarlarının verilməsində olduğu kimi, insan resursları ilə bağlı qərar verərkən də diqqətlə düşünülməsi son dərəcə önəmlidir. Bu qərarların verilməsində isə liderlərin də olması qaçılmazdır. Və ya liderlərin belə bir qərarların verilməsində hər hansısa bir təsiredici rolu varmı?

Liderlik anlayışı

Hər kəs razılaşar ki, liderlik geniş bir anlayışdır. Komandanın liderindən tələb olunan keyfiyyətləri sıralasaq, bəlkə də onun iş öhdəlikləri siyahısından daha çox olacaqdır.  Aparılan tədqiqatlar şirkətlərdə hər on liderdən ikisində bu şirkəti gələcəkdə irəliyə aparmaq üçün lazımi bacarıqlara sahib olmadığını göstərir. Bəs liderlik keyfiyyətlərini necə təyin etmək olar?  Müxtəlif məlumatlardan istifadə edərək vacib olan liderlik xüsusiyyətlərinin nə olduğunu müəyyən etmək olar. Bunun üçün ADAPT istifadə etməyinizi tövsiyyə edirəm.

ADAPT kriteriyaları

ADAPT meyarları, kriteriyaları özündə əvvəlcədən təxmin etmək (anticipate), irəli dartmaq (drive), sürətləndirmək (accelerate), tərəfdaşlıq (partner) və etimad (trust) bacarıqlarını ehtiva edir.

Gəlin bu bacarıqları bir - bir gözdən keçirək:

* əvvəlcədən düşünmək(anticipate) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) sürətli mühakimə aparmaq və imkanlar formalaşdırmaq üçün konteksti, mahiyyəti anlamaq bacarığı;

     b) təşkilatın xidmət etmək istədiyi sosial ehtiyaclara diqqət göstərmək bacarığı;

     c) qeyri-müəyyənlik şərait olsa belə başçılıq etmək və kollektiv səylərin uzlaşdırmaq bacarığı.

 

* irəli dartıb aparmaq (drive) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) məqsədlərə nail olmaq hissini aşılamaqla insanları ruhlandırmaq bacarığı;

     b) insanların ümid, nikbinlik və daxili motivasiya ilə dolu olması üçün əlverişli bir mühit formalaşdırmaq;

     c) özündə və digər insanlarda zehni və fiziki enerjinin idarə olunması bacarığı.

 

* Sürətləndirmək (accelerate) bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) davamlı innovasiyaların yaradılması və arzu edilən nəticələrinin əldə edilməsi üçün bilik axınını idarə etmək;

    b) ideyaların biznesə çevrilməsi və çevik şəkildə reallaşdırılması üçün prototiplərin və iterasiyaların operativ yaradılması üçün yanaşmaların, dinamik proseslərin realizasiyası.

 

* Tərəfdaşlıq bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) iqtisadiyyatla bağlı dumanlı gələcəyə baxmayaraq münasibətlər və tərəfdaşlıq qurmaq;

     b) mübadiləsini stimullaşdırmaq;

     c) yüksək effektivliyi təmin etmək üçün bir-birini tamamlayan kompetensiyaların (səriştəliklərin) birləşməsi.

 

* Güvən, etibar etmək bacarığı özündə aşağıdakıları birləşdirir:

     a) təşkilatla şəxs arasında qarşılıqlı böyüməyə yönəlmiş yeni münasibətlərin formalaşması;

     b) fərqli fikir və dəyərlərin inteqrasiyası;

     c) işçilərə fəaliyyətlərinin mənasını açmaqda və maksimum dəyər yaratmaqda kömək etmək.

 

hazırladı: İlqar İbrahimov

 

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.