Menecer işçiyə qarşı səmimi olmalıdırmı?

is munasibeti | rehber isci munasibeti

American Psychological Association tərəfindən aparılan tədqiqata görə şirkətlərdə (idarə müssisə, təşkilatlarda) çalışan işçilərin yalnız 52% -i işəgötürənin onlara qarşı səmimi və vicdanlı olduğuna inanır. Bu o deməkdir ki, şirkətlərin işçilərinin yarısı rəhbərliyə inamsızlıq şəraitində işləyirlər. 

 

Səmimi bir mühit cari məsələləri, habelə işdəki problemli məqamları vicdanla və açıq şəkildə müzakirə edə biləcəyiniz bir növ "işdə dost" şəraiti formalaşdırır. Belə olduqda HR menecer olaraq həmişə işçilərin əhval-ruhiyyəsindən xəbərdarsınız, işçilər sizdən lazımi dəstəyi alır və şirkətin korporativ həyatında iştirak edirlər (məsələn, qəhvə fasilələri, qeyri-rəsmi görüşlər, şirkətdə söhbət və s.).  Digər tərəfdən, onlar ünsiyyətdə daha açıq olurlar, konstruktiv rəyi qəbul etməyə və vacib rəsmi məlumatlara daha tez cavab verməyə hazır olurlar.

 

Əgər iş yerində insanları menecer və tabeçiliyindəkilər kimi sərhədlərə bölsəniz, bunun müxtəlif söz-söhbətlərə və anlaşılmazlıqlara səbəb ola biləcəyinə də hazır olun. Belə ki, onlara başçılıq edən menecerlərlə etibarlı ünsiyyət olmayan işçilər işçilər tez-tez müdafiə mövqeyi tutur, rəyləri daha mənfi qəbul edir və özlərini şirkətdə qeyri-sabit hiss edirlər. Bu duyğu, böhran dövründə, bir çox şirkətin işçi heyətini ixtisar etdiyi zaman xüsusilə aktualdır. Onlar rəhbəliyin qərarlarını daha tez-tez müzakirə edir və qınayırlar, çünki işdən azad olunma qorxusu ilə fikirlərini açıq ifadə etməkdən çəkinirlər.

Odur ki, rəsmi açıqlamalar və ümumi yığıncaqlar CEO, HR və komanda arasındakı yeganə ünsiyyət xətti olmamalıdır. Şirkətin hədəflərini müzakirə edilməli, bu və ya digər qərara, xüsusən kardinal dəyişikliyə gətirib şıxaracaq səbəbləri açıq şəkildə söyləmək, işçilərə izah etmək lazımdır. Belə ki, şirkətdə yalnız açıqlıq, səmimilik və dialoq yolu ilə etibarlı münasibətlər qurula bilər.

 

Bütün bu yuxarıda deyilənlərlə yanaşı, bu addımların davamı kimi işçilərin məhsuldarlığını, ruh yüksəkliyini artırmaq üçün real addımlar atmaq indiki çətin şəraitdə son dərəcə mühim əhəmiyyət daşıyır. (bu barədə İŞÇİLƏRİN MƏHSULDARLIĞINI ARTIRMAĞIN BEŞ QAYDASI adlı blog yazımdan ətraflı məlumat ala bilərsən https://hrschool.az/iscilerin-mehsuldarligini-artirmagin-bes-qaydasi ).

 

hazırladı: İlqar İbahimov

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.