People analytics

people analytics | hr analytics

People Analytics

İnsan resursları terminləri

İnsan resurslarına dair ingilis dilində bir çox termin var - HR Analytics, Talent Analytics, Workforce Analytics, HR Decision Support, Workforce Intelligence və s. Azərbaycan dilində bu terminləri hr analitika, istedad analizi, işçi qüvvəsinin analitikası, İR həllərinə dəstək, işçi zəkası və s. Bütün bunlar insanla bağlı analitikadır (People Analytics).

 

People Analytics - işçilərin səmərəliliyinin artırmaq yolu ilə daha yüksək gəlir əldə etmək üçün aparılan təhlildir. Bu analiz HR departamenti tərəfindən həyata keçirilir. Burdan aydın olur ki, People Analytics iş yerlərində insanları idarə etmək üçün "məlumat-idarəetmə" əsaslı bir yanaşmadır. Belə ki, Müəssisə rəhbərləri işçiləri daha yaxşı idarə etmək üçün dərin məlumat təhlili əsasında qərarlar qəbul edə bilər.  Deməli, People Analytics işçilərin davranışlarını izah edən bir təhlil modelidir (çox vaxt bu modelin əsasında  nəticələr durur - məsələn, müəyyən bir işçinin işdən çıxarılması proqnozu və ona bütün mümkün amillərin təsiri). Statistik instumentlər bu modelin elementləri arasındakı əlaqəni, bağları formalaşdırır. Burada texnoloji həllər kimi  excel, SPSS və s istifadə edilir.

 

Modelin hansı formada yaradılması sizdən asılıdır. Və bu problem, heç bir məlumat yoxdursa, prinsipcə həll edilə bilməz. Odur ki, belə modelin hazırlanması üçün bir sıra məlumatlar tələb olunur. Əgər məlumatlar məhduddursa, onda bu proses relevant olmayacaqdır. Yadda saxlamaq lazımdır ki, yalnız kifayət qədər məlumat varsa, istifadə olunan məlumatlar əsasında bir model qurmaq olar. Məlumatın olması hələ son deyil. Məlumatlar mütəmadi olaraq update olduğundan vəziyyətə təsir edən, onu izah edən yeni məlumatlara da ehtiyac yaranacağını diqqətdən kənarda saxlamaq olmaz. 

 

Məsələn, tutaq ki, işçilərin sədaqətini iş stajından asılı olduğunu aydınlaşdırmışıq. Son koronavirus hadisələri ucbatından işçilər böhran vəziyyətindədirlər və şirkət istedadların ayrılmasının qarşısını almağa yönəlmiş bir növ tədbirlər görməlidir. Bu zaman People Analytics necə köməyimizə gələcəkdir?

 Biz dərhal bir belə bir suallara cavab tapmalıyıq:

  •  * Bütün işçilər böhran yaşayırmı?
  •  * Böhran yaşayan və işdən ayrılmaq istəyən işçilərin hamısını saxlamaq lazımdırmı?

 

Bununla yanaşı biz aşağıdakı dörd qrup sual üzrə ümumiləşdirilmiş məlumatları təhlil etməliyik:

  •  * İşçinin işdən azad edilməsindən şirkətin itgiləri oldumu?
  •  * İşçinin işdən azad edilməsi səbəbindən şirkətin itgiləri olmadı.
  •  * İşçinin işdən azad edilmədi, işdə qaldı və şirkət bu prosesdən qazanclı, uduşlu çıxdımı?
  •  * İşçinin işdən azad edilmədi, ancaq onun işdə qalması heç bir fayda gətirmir.

 

Sonra, bu qrupların altına düşə biləcək bütün mümkün amilləri seçirik və qruplar arasında əhəmiyyətli fərqlərə (və ya hər bir qrupun müəyyən amillərdən asılılığına) baxırıq.

İnsan resursları sahəsində karyera qurmaq istəyirsinizsə İnsan resurslarının idarə edilməsi təlimlərində iştirak edə bilərsiniz

 

hazırladı: İlqar İbrahimov

Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.