YENİ PEŞƏ STANDARTLARI

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə peşə standartlarının tərtibi və tətbiqi ilə bağlı normativ-hüquqi əsasların hazırlanması, təsdiqi və təşviqi ilə bağlı təkliflərin hazırlanması müəyyən edilib, əmək bazarının keyfiyyət tələblərini-bilik və bacarıqlara olan tələbləri müəyyənləşdirmək üçün müəssisələrinin və sosial tərafdaşları ilə birlikdə prioritet sahələr üzrə peşə standartlarının hazırlanmasının dəstəklənməsi nəzərdə tutulub. Strateji Yol Xəritəsinin icrası olaraq Nazirliyin mərkəzi aparatında bununla əlaqədar xüsusi qurum (sektor) yaradılıb, qanunvericilik bazasının hazırlanması işinə başlanılıb.

Strateji Yol Xəritəsində peşə təhsili sisteminin gələcək inkişafını təmin etmək üçün dövlət, özəl və beynəlxalq maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi nəzərdə tutulub. Gözlənilən nəticə və nəticə indikatoru kimi peşə standartlarının və təhsil proqramlarının hazırlanmasının peşə təhsili müəssisələri məzunlarının məşğulluq səviyyəsinin artması və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması müəyyən edilib. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.